İlham Əliyev Volodimir Zelenski ilə görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.
Bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Yanvarın 14-də keçiriləcək görüş İlham Əliyevin Ukraynaya işgüzar səfəri əsnasında baş tutacaq.
Görüşün nəticələri ilə bağlı dövlət başçıları KİV nümayəndələri qarşısında bəyanatla çıxış edəcək.
Mənbə: President.gov.ua