Bakıda yolu keçən qadını maşın vurdu
Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.
1994-cü il təvəllüdlü Nəcəfova Günel Ağarza qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.