Azərbaycanda “Omikron”la bağlı son vəziyyət AÇIQLANDI
“Omikron” ştammı geniş yayılır, rəqəmlər artmaqdadır”.
Oxu.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, Azərbaycanda hələlik qapanmaya ehtiyac yoxdur:
“Vəziyyət nəzarətdən altındadır, çarpayı fondu, lazımi tibbi avadanlıqlar yüksək səviyyədədir. Bu baxımdan problem yoxdur. Yoluxmanın gedişatı vəziyyətə təsir edə bilər.
Ölkədə ilk dəfə 12 nəfərdə “Omikron” aşkarlandı. Dünyada 4 həftə ərzində ümumi yoluxanların təxmini 40 faizində “Omikron” aşkarlanıb”.