Mikayıl Cabbarov qeyri-neft sənayesində əldə edilən əhəmiyyətli nəticədən yazdı - FOTO
2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8 faiz, qeyri-neft emal sənayesində isə 21,7 faiz artıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6 faizə çatıb ki, bu da 2020-ci (8,5 faiz) və 2019-cu (7,6 faiz) illərlə müqayisədə daha yüksək göstəricidir.