Neft sektorunda artım tempi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadi artımın sürətlənməsində aparıcı rol qeyri-neft sektoruna məxsus olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.
Qeyd olunub ki, neft sektorunun artım tempi 2018-ci illə müqayisədə, bir qədər geriləyib və 2019-cu ildə real ifadədə cəmi 0,4 faiz artıb.