Ötən il pensiyada əskik ödəmə aşkarlanıb - RƏSMİ
“2021-ci il ərzində 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib.
O qeyd edib ki, bu, altı milyon manata yaxın məbləğ deməkdir:
“Vətəndaşın xəbəri olmadan pensiya yenidən hesablanaraq həmin məbləğ kartlara köçürülüb”.
İlhamə Əbülfət