bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA

22-04-2020, 14:57 97 dəfə baxılıb

May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
“May ayında işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat), əsasən, bank xidmətləri vasitəsilə həyata keçiriləcək”.

Bunu Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən banklarla danışıqlar aparılıb:

“Vəsait ödəniləcək şəxslərə bank hesabları açılacaq və pul köçürüləcək. Banklarla danışıqlar davam edir. Şərtlərin müzakirəsi tam yekunlaşmayıb. Prezident İlham Əliyev göstəriş verib ki, vətəndaşlara müavinət nağdsız, rahat şəkildə verilsin. May ayında, əsasən, bank xidmətləri vasitəsilə həyata keçiriləcək”.

“Bank hesabları pulsuz açılacaq”, - deyə nazir müavini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031