bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldıldı

22-01-2022, 10:38 26 dəfə baxılıb

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldıldı
Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omikron” ştammının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.

Bu baxımdan, yeni ştammın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.

Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda qeyd olunub.

“Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

Maska taxın.

Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

Fiziki məsafə saxlayın.

İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

Təcrid olduğunuz yeri tez-tez havalandırın.

Gün ərzində iki dəfə bədən hərarətinizi ölçün.

Bol maye qəbul edin.

Yataq rejiminə riayət edin.

Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

Beş gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırmasalıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq.

Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omikron” ştammının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930