Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il neçə işə xitam verib?
“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2021-ci ildə 263 cinayət işi başlayıb, məhkəməyə isə 274 iş göndərilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.
K.Əliyevin sözlərinə görə, ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılan cinayət işlərinin sayı 205 olub, onlardan 180-i məhkəməyə göndərilib:
“Bu kateqoriya üzrə 2019-cu ildə 359 cinayət işi başlanılıb ki, onlardan da 310-u məhkəməyə göndərilib”.
“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xitam verilən cinayət işlərinin sayı 2021-ci ildə 27 olub. Burada xüsusilə dəymiş ziyanın ödənilməsi ilə bağlı işlər çoxluq təşkil edir. Dayandırılan işlərinin sayı isə 14 olub ki, bu rəqəm əvvəlki illərdə 26 olub”.