bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baş prokuror dayandırılan cinayət işlərinin sayını AÇIQLADI

24-01-2022, 12:25 68 dəfə baxılıb

Baş prokuror dayandırılan cinayət işlərinin sayını AÇIQLADI
“2021-ci il üzrə prokurorluq orqanlarında istintaq olunmuş cinayət işlərinin sayı 2 895 olub. Bu il əvvəlki illərlə müqayisədə prokurorluq orqanlarında başlanılan cinayət işlərinin sayı az olub”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.

K.Əliyevin sözlərinə görə, buna baxmayaraq, məhkəməyə göndərilən işlərin sayında artım dinamikası müşahidə edilir:

“Prokurorluq orqanları tərəfindən 970 cinayət işi məhkəməyə göndərilib. Ötən il bu rəqəm 795, ondan əvvəlki ildə isə bu rəqəm 954 olub. Xitam verilən cinayət işlərin sayı isə 518 olub. Burada müsbət dinamika müşahidə edilir. Azalma əsasən əsassız intihar hadisələri ilə başlanılan cinayət işlərinin nəticəsidir. Dayandırılan cinayət işlərinin sayı isə 646 olub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930