bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Güzəştli kreditlər hesabına 3200-dən çox yeni iş yerinin açılmasına imkan yaranıb - FOTO

28-01-2022, 19:04 45 dəfə baxılıb

Güzəştli kreditlər hesabına 3200-dən çox yeni iş yerinin açılmasına imkan yaranıb - FOTO
Bu gün Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Fondun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev ötən il ərzində görülən işlər barədə təqdimatla çıxış edib və həyata keçiriləcək tədbirlər barədə mətbuat nümayəndələrini məlumatlandırıb.


Bildirilib ki, 2021-ci ildə SİF tərəfindən ümumi dəyəri 287,7 milyon manat olan 1 902 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3200-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 59 faizi kənd təsərrüfatı, 33 faizi sənaye məhsullarının istehsalı və emalı, 3 faizi turizm, 5 faizi isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib.

Verilmiş kreditlərin 76,2 faizi regionların, 23,8 faizi isə Bakı qəsəbələrinin payına düşür. 2021-ci il ərzində güzəştli kreditlərin layihə sayı üzrə 99,6 faizi, kreditin məbləği üzrə isə 88,1 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Bildirilib ki, pandemiyadan zərər çəkmiş sahibkarlara 2021-ci ildə də dövlət zəmanətli kredit və subsidiyanın verilməsi davam etdirilib. Ümumilikdə, dəstək proqramı çərçivəsində 2631 müraciət üzrə 500 milyon manat bank kreditinə 291,9 milyon manat zəmanət verilib. Zəmanət verilmiş müraciətlərdən kredit məbləği 499,8 milyon manat, zəmanət məbləği 291,8 milyon manat olan 2 630-u hüquqi qüvvəyə minib. Proqram üzrə 31 dekabr 2021-ci il tarixinə 15,3 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək.

2021-ci ildə pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi də davam etdirilib. Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10 faiz bəndi həcmində subsidiyalar verilib. Proqram çərçivəsində 1 yanvar 2022-ci il tarixinə kredit qalıq məbləği 910,9 milyon manat olan 4927 müraciətə 62,5 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib ki, artıq bu məbləğin 60,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir.

Ötən il Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi arasında korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin birgə təbliğinə dair Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq üzrə sahibkarların və biznes assosiasiyaların korporativ dayanıqlılıq, BMT-nin Qlobal Sazişi haqqında məlumatlandırılması, ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq qurumların fəaliyyət proseslərinə inteqrasiya edilməsi, qurumların əməkdaşlarının sahəvi bacarıqlarının artırılması və s. istiqamətində müvafiq işlərə başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930