bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xaçmaz rayonunda “Gənclik Yeni Zəfərlərə Doğru” adlı tədbir keçirildi - FOTO

2-02-2022, 15:35 22 dəfə baxılıb

Xaçmaz rayonunda “Gənclik Yeni Zəfərlərə Doğru” adlı tədbir keçirildi - FOTO
Xaçmaz rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra Xaçmaz Şəhər Uşaq İncəsənət məktəbinin yetirmələrinin əl işlərindən sərgiyə baxış keçirilib. Məktəblilər 44 günlük Vətən Müharibəsində şəhid olan xaçmazlı oğulların rəsmlərini canlandırıblar.

Rəsmi hissədə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, müstəqil Azərbaycan Gənclərinin I Forumunun təşkili və 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis olunması ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır:

“Bu gün ulu öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var”.

Çıxış edən ağsaqqallar, şəhid ailələri və qazilər müxtəlif sahələrdə gənclərin fəaliyyətindən, onlara göstərilən ən yüksək diqqət və qayğıdan danışıblar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədə gənclərin müstəsna xidmətləri olduğu vurğulanıb.

Rəsmi hissədə Xaçmaz rayonunun ictimai-siyasi həyatında, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində fərqlənən bir qrup gənc rayon icra hakimiyyəti tərəfindən fəxri fərman eləcədə qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Tədbirin bədii hissəsində yerli incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30