bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanı davamlı inkişafa səsləyən formalaşmış gənclik

2-02-2022, 15:36 22 dəfə baxılıb

Azərbaycanı davamlı inkişafa səsləyən formalaşmış gənclik
Azərbaycan Respublikası artıq 30 ildir ki, müstəqil olaraq müasir dünyada uğurla inkişaf edir. Azərbaycan gəncliyi daim ölkənin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak etməklə vətənə, dövlətə bağlılıqlarını, eləcə də vətənin qorunmasının hər zaman ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəyib.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdə ən birinci görüşü məhz gənclərlə olub. Ümummilli Lider bu görüşdə gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirib.

Məhz bu görüşdən sonra Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən olunaraq gənclər siyasətinin institutlaşdırılması istiqamətində ilk addımlar atılıb, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılmış Gənclər və İdman Nazirliyi artıq gənclərin, dövlətin əsas resursu kimi, təlim-tərbiyəsi, Vətənə xidmətini əhatə edən böyük strateji sənədlərin hazırlanmasına başladı, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

Bu ardıcıllıqla Azərbaycanda ilk dəfə 1995-ci ildə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının Milli Şurası yaradıldı və bu qurum Azərbaycanın bütün gənclər təşkilatlarını əhatə etməklə dövlətin hazırladığı sənədlərin hamısında gəncləri düşündürən məsələlərin yer almasını ortaya qoyurdu.

Onu da qeyd edim ki, həmin il Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu Öndər Heydər Əliyevin gənclərə olan etimadı, inamının yüksəkliyi Azərbaycanda eyni zamanda Gənclər Gününün təsis olunması kimi tarixi günlə də yadda qalır. 1997-ci ilin fevral ayının 1-də Prezident sarayında gənclərlə Azərbaycan Gənclərinin I Forumunun bir illiyinə həsr olunmuş keçirilən görüşdə Ulu Öndər gənclərin müraciətinə diqqətlə yanaşaraq 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan edib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Keçən müddət ərzində Azərbaycan gəncliyi vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı qeyd etdiyi kimi, məhz müstəqillik dövründə yetişmiş bu Azərbaycan gəncliyi Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının geri alınmasında öz canlarını fəda edib öz qanı bahasına şücaət nümayiş etdirib. Azərbaycanın dövlətçilik tarixində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bu gənclik müasir tarixdə şəhidlik adını qəhrəmanlıq salnaməsi olaraq yaşadır. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930