KTM ötən ay dəm qazından zəhərlənənlərin sayını AÇIQLADI
Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 167 nəfər qəbul olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərman, 5-i qida, 44-ü dəm qazı, 13-ü spirtli içki zəhərlənməsi ilə stasionar müalicəyə alınıb.
Eyni zamanda Mərkəzə qəbul edilənlərdən 11 nəfər isə anafilaktik şok keçirənlərdir.
Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağalıb, bir nəfər isə həyatını itirib.