bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gəncədə avtomobil üç piyadanı vurub

4-02-2022, 08:22 24 dəfə baxılıb

Gəncədə avtomobil üç piyadanı vurub
Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, qəza şəhərin Dədə Qorqud küçəsində, 39 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadaları, 1974-cü il təvəllüdlü Cəmilə İslam Qızı Salmanova, 1977-ci il təvəllüdlü Zərifə İsrafil qızı Məmmədova və 1968-ciiltəvəllüdlü Zəminə Cəfərovanı vurub. Avtomobil daha sonra binanın divarına çırpılıb.

Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30