bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda zavodda fəhlə yıxılaraq öldü: Cinayət işi açıldı

5-02-2022, 11:05 42 dəfə baxılıb

Bakıda zavodda fəhlə yıxılaraq öldü: Cinayət işi açıldı
Fevralın 4-ü saat 16 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “Kartpak” MMC-yə məxsus karton zavodda fəhlə işləyən 1957-ci il təvəllüdlü Məlikməmməd Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, Məlikməmməd Ağayev zavodda yerdən 2,5 metr hündürlükdəki kartonları pilləkənin üzərinə çıxıb yerə düşürən zaman yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031