Bakıda 44 yaşlı kişi bıçaqlanıb
”Report”un məlumatına görə, hadisə Xətai rayonunda yerləşən kafelərdən birində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Bayramov Namiq Novruzəli oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qulaq seyvanının, alın nahiyəsinin və döş qəfəsinin orta səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.