bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Diyetoloqdan yaya qədər arıqlamağa kömək edəcək məsləhətlər

5-02-2022, 11:11 29 dəfə baxılıb

Diyetoloqdan yaya qədər arıqlamağa kömək edəcək məsləhətlər
Rusiyalı diyetoloq Yelena Solomatina yay üçün bədən ölçülərini normallaşdırmaq istəyənlərə bir sıra qeyri-adi məsləhətlər verib.

O, aclıq və toxluq kimi hisləri aldatmağa kömək edən bir sıra fəndlərin olduğunu bildirib.

Xüsusilə, həkim mavi kimi soyuq rəngli boşqablarda yeməyi tövsiyə edib. Onu sözlərinə görə, belə olan halda insan daha az yeyəcək. Bununla yanaşı, hətta balaca bir tikənin belə daha böyük görünəcəyi kiçik ölçülü boşqabları seçmək daha yaxşıdır.

Solomatina, həmçinin yeməkləri soyuq içkilərlə “yumaq” barədə xəbərdarlıq edib. “Bu halda, tam həzm olunmayan yemək tez sürüşərək gedir və insan tez bir zamanda yenidən yemək istəyir”,- deyə diyetoloq izah edib.

Həkim yemək yeyərkən smartfon, planşet və ya televizordan yayınmağı, hər dişləmdən həzz almağı məsləhət görüb.

Bundan əlavə, o, şirniyyatları quru meyvələrlə, məsələn, xurma, ərik qurusu və ya kişmişlə əvəz etməyi tövsiyə edib.

Mənbə: rosbalt.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930