bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

82 yaşlı koronavirus xəstəsi toyda saxlanıldı

7-02-2022, 10:07 37 dəfə baxılıb

82 yaşlı koronavirus xəstəsi toyda saxlanıldı
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin şəhər ərazisində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb.


APA-nın məlumatına görə, “Xanədan” şadlıq evində toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Masallı rayon sakini 1940-cı il təvəllüdlü Bəşirov Hamil Daləli oğlunun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

H.Bəşirov barəsində Sumqayıt Polis İdarəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30