bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Salyanda partlayış olub: Xəsarət alanlar var

7-02-2022, 10:09 41 dəfə baxılıb

Salyanda partlayış olub: Xəsarət alanlar var
Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.


“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qarabağlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü - 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayıl Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30