bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 3 yaralı - HAMISI BİR AİLƏNİN ÜZVÜDÜR

21-12-2019, 23:10 103 dəfə baxılıb

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 3 yaralı - HAMISI BİR AİLƏNİN ÜZVÜDÜR
Salyanda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Bizimlider.com report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisində qeydə alınıb.

Həmin ərazidə baş verən yol qəzasında bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Z.Məmmədova və T. Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30