MN: “Azərbaycan Ordusunun sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə atəş açması yalandır”
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı iddiaya cavab verib.
Oxu.Az-ın məlumatına əsasən, nazirliyin açıqlamasında bildirilir:
Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.