bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?

11-02-2022, 13:16 34 dəfə baxılıb

3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?
Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının vurulmasından sonra altı aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Nəticədə həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.


Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər “Bakı Metropoliteni”nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:

“Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı “Bakı Metropoliteni”nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da “Bakı Metropoliteni” birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni”nə nə şifahi, nə də yazılı məlumat verilməyib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031