bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Polis əməliyyat keçirdi: Bakıda 18 bağ evini “gəzən” oğru ələ keçdi - FOTO

12-02-2022, 19:24 16 dəfə baxılıb

Polis əməliyyat keçirdi: Bakıda 18 bağ evini “gəzən” oğru ələ keçdi - FOTO
Binəqədi rayonunda 18 bağ evindən oğurluq edən şəxs saxlanılıb

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Binəqədi rayonu Goradil bağlar massivində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib.

Eyniməzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zərdab rayon sakini Asif Ağayev saxlanılıb.

Polis Bölməsində araşdırma aparılan zaman Asif Ağayevin paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 18 həyət evindən müxtəlif vaxtlarda məişət əşyaları, təmir-tikinti alətləri, su nasosları və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30