bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda dəyəri 100 min manat olan qol saatları oğurlandı

10-06-2021, 18:03 115 dəfə baxılıb

Bakıda dəyəri 100 min manat olan qol saatları oğurlandı



Bakıda avtomobildən pul və 5 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda vətəndaş Ə.Quluzadəyə məxsus avtomobildən oğurluq edilib. Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək bildirib ki, nəqliyyat vasitəsinin yan şüşəsi sındırılaraq avtomaşının saxlanc yerindən 300 manat, arxa oturacağın üzərindən isə 5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb.

Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsmayıl Məlikov saxlanılıb. Onun Binəqədi rayonunda yerləşən evinə baxış zamanı oğurladığı saatlar, üzərindən isə 3 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30