bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycandan Rusiyaya növbəti “Aqroekspress” qatarının göndəriləcəyi vaxt AÇIQLANIB

12-02-2022, 19:28 40 dəfə baxılıb

Azərbaycandan Rusiyaya növbəti “Aqroekspress” qatarının göndəriləcəyi vaxt AÇIQLANIB
Azərbaycandan növbəti yük qatarı Rusiyaya “Aqroekspress” layihəsi çərçivəsində gələn həftə Astaradan göndəriləcək.

“Report” xəbər verir ki, bunu “Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov bu gün Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının göndərilmə mərasimində deyib.

Onun sözlərinə görə, ötən il “Aqroekspress” layihəsi ilə bağlı Azərbaycanla Rusiya arasında müqavilə imzalanıb: “Azərbaycan və Rusiya arasında əlaqələr dinamik şəkildə inkişaf edir. Ölkələr arasında ticarət dövriyyəsi ilbəil artır. Bu gün həyata keçirilən tədbir ölkələr arasında əlaqələrin inkişafına xidmət edəcək. Bu isə bizim şirkətimiz üçün vacibdir”.

Azərbaycanda “Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC (RİM), “Roseksimbank” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “RDY” ASC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” SC tərəfindən həyata keçirilir.

Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması oldu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30