Separatçılar növbəti təxribata əl atır: “Atəş hazırlığı”na başlayırlar
Qarabağda sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı erməni separatçıları növbəti təxribatlara hazırlaşır.
Belə ki, separatçılar ərazidəki mülki əhaliyə atəş hazırlığı dərslərinin keçiriləcəyini bildiriblər.
Sözügedən atəş hazırlığı separatçıların bölgədə yeni təxribatlara hazırlaşdığını göstərir.
Bir müddət əvvəl mövqelərimiz istiqamətində qumbara atan ermənini xatırlasaq, o zaman bu atəş hazırlığı “təşəbbüs”ünün də arxasında dayanan planları sezmək mümkündür.
Ancaq ermənilərin istənilən təxribatının qətiyyətlə alınacağına şübhə yoxdur. Azərbaycan ordusu bunun üçün bütün imkanlara sahibdir və bu cür təxribatları neytrallaşdıra bilmək iqtidarındadır.
Buna baxmayaraq, istənilən halda “atəş hazırlığı” adı altında ermənilərin planlarına ilk növbədə Rusiya sülhməramlıları müdaxilə etməli, mümkün təxribatların qarşısını almalıdır.
Əks halda Azərbaycan ordusunun hər zaman sərrast atəşə hazır olan peşəkar bölmələri bu təxribata da layiqli cavab verməkdən çəkinməyəcək.