Aydan gəlmiş qonağım - Qızıl Qələm Media Mükafatı laureatı Şəhla Yaşar qızı Qəmbərova
Unutmaq olarmı olub keçəni? bağışla sevdiyim bağışla məni... Bağışla ki, səndən ötrü darıxım, bağışla ki, Ocaq olum alışım, bağışla ki, səni yenə unudum, bağışla sevdiyim bağışla məni!
Aydan gəlmiş qonağım.
(yuxularımın hakiminə ithaf edirəm)
Gecələr həsrətinlə, xəyallara dalıram,
İsti yataq balıncda, ətirini duyuram.
Gecə belə həsrətlə, qisqanır məni sənə,
Sabah erkən açılır, günəş şəfəqləriylə...
Gözlərim yolda qalıb, həsrət dolu gümanim,
Çünki inanıb sənə, xəyal dolu yatağım.
Günah axı sayılmır mənim gözəl xəyalım,
Sevgi günah deyildir, aydan gəlmiş qonağım...
Əziz insanlar kimi, sənə həsrət qalmışam,
Gecə nədir, gündüzdə, həsrətinlə yanmışam.
Gümanım təkcə gecə, isti yataq, balıncda
Birdə yuxularımda, aydan gəlmiş qonağım...
Günəşimsən, ayımsan, mənim əziz qonağım,
Axı mən hardan bilim, sənə gəlmir sorağım.
İncimisən küsmüsən, mənim əziz qonagım,
Sevmək günah deyildir aydan gəlmiş qonağım...
Gizlicə sevib səni, qəlbə yara vurmuşam,
Acı dilimlə səni, gecələrdən qovmuşam.
Bilirəm ki, küsmüsən, mənim əziz qonağım,
Günahkaram bağışla, aydan gəlmiş qonağım...
Qızıl Qələm media mükafatı laureatı
Şəhla Yaşar qızı Qəmbərova.
22.06.2014 Bakı şəhəri