Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib - FOTO
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri başlayıb.
Bu barədə Klaar “Twitter”dəki hesabında bildirib.
“Bakıya qayıtdığım üçün çox şadam. Avropa İttifaqının öhdəliyini və növbəti addımları müzakirə etmək üçün sabah danışıqları gözləyirik”, - o qeyd edib.
Qeyd edək ki, fevralın 21-də T.Klaar Bakıda ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.