Bakıda 44 yaşlı kişi tanıdığı şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb
Bakıda 44 yaşlı kişi çoxsaylı bıçaq xəsarətləri alıb.
“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1978-ci il təvəllüdlü Məhərrəmov Tarix Məhərrəm oğlu bir neçə nəfərlə dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənin müxtəlif nahiyələrində 4 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı araşdırılır.