Otolarinqoloq omikronun uşaqlar üçün fəsadlarından danışıb - FOTO
Omikron ştammına yoluxan yeniyetmələrdə adenoidlərlə uzunmüddətli problemlər müşahidə olunur.
Bu barədə rusiyalı otorinolarinqoloq, ali kateqoriyalı həkim, tibb elmləri namizədi Vladimir Zaytsev xəbərdarlıq edib.
“Əgər yeniyetmələrdən danışırıqsa, burun-udlaq iltihablanır, orada isə adenoidlər var, yəni uşaqlar kəskin adenoiditə (adenoid toxumasının iltihabına və adenoid vegetasiyası) məruz qalır. Uşaqlar daim xəstələnirlər, qulaq, boğaz və burun iltihabına meylli olanların isə selikli qişaları zəifdir, onlarda adenoid tüğyan edəcək”, - deyə o, bildirib.