Ukrayna Rusiyanın Qostomeldəki hərbi texnikalarını MƏHV ETDİ
Ukraynanın Qostomel şəhərində Rusiyanın yüngül zirehli texnikası, piyadaların döyüş və təchizat maşınları artilleriya zərbələri nəticəsində məhv edilib.
Bu barədə Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Maryana Bezuqlaya bildirib.
Qostomel aerodromu uğrunda döyüşlər Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin ilk günündən davam edir.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.