Ukraynada idman yarışları ləğv edilir
Ukraynanın Gənclər və İdman Nazirliyi fövqəladə vəziyyət rejimi (ən azı 30 gün) müddətində ölkə ərazisində bütün idman və kütləvi tədbirləri ləğv etmək qərarına gəlib.
Müvafiq sərəncamın yaxın zamanlarda veriləcəyi bildirilib.
Qərar Ukrayna ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar qəbul edilib.
Ukrayna prezidentinin fərmanının fevralın 23-də axşam saatlarında Ali Radanın növbədənkənar iclasında ratifikasiyası gözlənilir.
Bu isə o deməkdir ki, yaxın 30 gün ərzində Ukrayna ərazisində heç bir idman yarışı və təlim-məşq toplanışı keçirilməyəcək.
Yayılan məlumatına görə, Ukrayna yığmalarının beynəlxalq yarışlarda iştirakı ləğv edilməyib.
Mənbə: sport.ua