Azərbaycan vətəndaşlarının təxliyəsi üçün çarter reysləri təşkil ediləcək - RƏSMİ
Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.
Bu barədə Oxu.Az-a Xarixi İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi, Türkiyənin “Tailwind” şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, Azərbaycan hava yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.