bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb

1-03-2022, 08:22 44 dəfə baxılıb

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb
Ukraynanın paytaxtı Kiyevdə çətin vəziyyətdə qalmış azərbaycanlı tələbələr Vinnitsa şəhərinə aparılıb və orada olan bir qrup həmyerlimizlə birgə Moldovaya yola salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komendant saatı olduğuna görə Ukraynadakı Azərbaycan diasporu təxliyə prosesinin polis maşınlarının müşayiəti ilə təhlükəsiz yollarla həyata keçirilməsini təmin edib.

Soydaşlarımızın yaxın günlərdə vətənə gələcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında sığınacaq tapan 9 azərbaycanlı tələbə təxliyə olunmaları xahişi ilə Azərbaycan dövlətinə müraciət edib. Tələbələrlə daim əlaqədə olan Diasporla İş üzrə Dövlət Komitəsi gənclərin yaxınlarından narahat olmamağı xahiş edir.

Ukraynada yaşayan soydaşlarımızın ölkəyə gətirilməsi fəaliyyəti müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031