ABŞ Rusiyanın kimyəvi silahdan istifadəsinə nə ilə cavab verəcəyini açıqladı
“Biz Rusiyanın hərəkətlərindən asılı olaraq cavabımızın formasını və xarakterini müəyyənləşdirəcək və bunu müttəfiqlərimizlə koordinasiyada edəcəyik”.
Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan söyləyib.
O, Rusiyanın kimyəvi silahdan istifadə edəcəyi təqdirdə ABŞ-ın buna nə ilə cavab verəcəyinə də aydınlıq gətirib:
“Şəraitin necə olmasından asılı olmayaraq, ABŞ-ın heç bir halda kimyəvi silah tətbiq etmək niyyəti yoxdur”.
C. Sallivan həmçinin vurğulayıb ki, bu silahdan istifadə edənlərin cəzası da çox ağır olacaq.
Mənbə: Ukrinform.ua