bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qalib Azərbaycan daha heç vaxt soyqırımlara məruz qalmayacaq

31-03-2022, 09:17 178 dəfə baxılıb

Qalib Azərbaycan daha heç vaxt soyqırımlara məruz qalmayacaq


Saleh Sadıqov
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC Hidrogeoloji Meliorativ Xidmət İdarəsinin rəisi,
Üzeyir Hacıbəyov 84 ərazi partiya təşkilatının sədri,
əməkdar mühəndis

Qalib Azərbaycan daha heç vaxt soyqırımlara məruz qalmayacaq


Azərbaycan tarixi zəngin olan ölkələrdəndir. Xüsusən son 200 ildə ölkəmizin keçdiyi yol, yaşadığı hadisələr salnaməyə çevrilib. Tarixin səhfələrinə nəzər salanda əsas süjet xəttindən aydın görünür ki, Azərbaycan dövləti inkişafa doğru irəlilədikcə məkirli qüvvələr hər vəclə bu yüksəlişin qarşısını almaq üçün hətta dəhşətli qanlı savaşlara, soyqırımlara, kütləvi qətliamlara səbəb olan hərəkətlər törədiblər. Əlbəttə, şanlı ölkəmiz bütün mübarizələrdən qalib çıxıb. Bizi daim ağrıdan məqam isə odur həmişə sülh, əminəmanlıq istəyən Azərbaycana qarşı düşmənçilik edənlər, əsasən də ermənilər onminlərlə azərbaycanlını qətlə yetirilib, minlərlə kəndi, qəsəbəni şəhəri vəhşicəsinə dağıdıb, yandırıb, məhvinə səbəb olublar.

Qalib Azərbaycan daha heç vaxt soyqırımlara məruz qalmayacaq

Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında baş verib. Sovet hakimiyyəti cəmi 23 ay bərqərar olan dövlət müstəqilliyimizi süquta uğratdıqdan sonra əsl tariximizi 70 il gizlətməyə, təhrif etməyə çalışdılar. Açığını desək, onlar niyyətlərinə çatmışdılar da. Azərbaycanlılar əsl tarixlərini həmin dəhşətləri yaşayan, şahidi olan insanların dilindən eşidə bilirdilər, həqiqətlərsə arxivlərdə gizlədilirdi.
Nəhayət 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və üç rəngli bayrağımız əbədi olaraq ucaldıldı. Fenomen siyasətçi dəqiqliyi ilə deyilmiş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” ifadəsinin müəllifi Ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərman imzaladı. Bu Fərman soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsinə, tədqiqatların, həqiqətin üzə çıxarılması istiqamətində daha böyük işlərin görünməsinə geniş imkanlar açdı. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Qalib Azərbaycan daha heç vaxt soyqırımlara məruz qalmayacaq

104 il öncə xalqımızın yaşadığı 1918-ci ilin mart soyqırımları amansızlığına və miqyasına görə, nəyinki Azərbaycan tarixində, hətta bəşər tarixində də ən qanlı faciələrdəndir. 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və bakı quberniyasında müxtəlif bölgələrində, eləcə də Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Əslindəsə bu rəqəm daha çoxdur. Qubada tapılan kütləvi məzarlıq dünyaya faciə nümunəsi idi. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzaladı.



2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını etdilər. Aşkara çıxarılan tarix göstərdi ki, fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Qətliamlar bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Qanlı hadisələr 1917-ci illərdə Rusiyada baş vermiş Oktyabr inqilabı zamanı Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirməsinin acı nəticəsi idi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdi.

Qalib Azərbaycan daha heç vaxt soyqırımlara məruz qalmayacaq


Bundan yararlanan rus və erməni silahlı dəstələri Bakıda Azərbaycan əhalisini qarət etməyə başlayırlar. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına aхtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoхu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıхış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına aхtarışlara etiraz edirdilər. Natiqlərdən biri Müsəlman İctimai Təşkilatının nümayədəsinə müraciət edərək demişdi. “Bundan sonra dözə bilmərik. Bizi köməksiz adamlar kimi döyürlər. Əgər bizi müdafiə edə bilməsəniz, onda biz özümüz özümüzü müdafiə etməyə məcbur olacağıq”.

Bəli, azərbaycanlıları nəinki müdafiə etmədilər, onların müdafiə olunmasına belə, imkan vermədilər. Şaumyanın qabaqcadan hazırladığı təхribat baş tutdu və bu, Azərbaycanlıların qırğınının başlanması üçün siqnal oldu. Təхribatın əvvəlində özlərinin bitərəfliyini bildirən Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri, sonradan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər.


Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları -.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.


N.Nərimanov Şamaxı qırğını haqqında belə yazırdı: “T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər. Onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yandırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda sovet hakimiyyəti daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının sovet hakimiyyətindən üz döndərməyə, öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”.

Qalib Azərbaycan daha heç vaxt soyqırımlara məruz qalmayacaq

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə qarşı soyqırım aktı həyata keçirdirlər. Bu dəhşətli faktın dünya ölkələri tərəfindən tanınması prosesi yüksək səviyyədə aparılır. Hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb.
Haqq və ədalət əbədi olaraq uduza bilməz. Azərbaycan dövləti və Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Dəmir Yumruğu ilə bu həqiqəti bir daha təsdiqlədi və dünya dövlətlərinə, beynəlxalq aləmə də təsdiqlətdirdi.




Erməni təcavüzkarlarının hücümlarına qarşı Ali Baş Komandanın əmrilə əks hücumlar təşkil edən Azərbaycan ordusu Ermənistanın 28 ildir işğal etdiyi ərazilərimiz 44 gün içərisində azad etdi. İşğala son qoydu və dərhal da doğma yurdlarmızda tikinti-quruculuq işlərinə başlanıldı.
2020-ci il 10 noyabr qələbəsindən iki ilə yaxın vaxt ötür. Bu qısa müddət ərzində Qarabağ və azad olunan digər rayonlarımızın cənnətə çevrilməsi prosesi böyük coşqu ilə aparılır. Bir əsr öncə nümayiş etdirdiyi murdar xislətinə sadiq qalan düşmən 1992-2020-ci illər ərazində işğalda saxladıqları Azərbaycan ərazilərində daşı daş üstə qoymamışdılar. “Mən nəyi, nə vaxt etmək lazım olduğunu yaxşı bilirəm” deyən Azərbaycan Prezidenti İlham Əliyevin həm müəllifliyi, həm də iştirakı ilə işğaldan azad olunan ərazilərdə gülüstan yaradılır.

Azərbaycan bundan sonra daha heç vaxt soyqırımlara məruz qalmayacaq. Çünki regiona davamlı sülh gətirən dövlətimiz əbədi qalibiyyətə nail olub!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930