Bakıda partlayış baş verən klubda yaralananlardan biri polisdir
Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan biri polis əməkdaşıdır.
Oxu.Az-ın məlumatına görə, o, 1994-cü il təvəllüdlü leytenant Aqşin Məmmədovdur.
A.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsində inspektor vəzifəsində çalışır.
Qeyd edək ki, hadisə aprelin 3-də saat 3 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.