bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qızıl Qələm media mükafatı laureatı Şəhla Yaşar Qızı Qəmbərova

7-04-2022, 20:25 627 dəfə baxılıb

 Qızıl Qələm media mükafatı laureatı Şəhla Yaşar Qızı Qəmbərova


Tanrı sizi qorusun!!!
Allahıma üz tutub,
Yazıram səhər, axşam.
Tanrı sizi qorusun,
Pis vərdişdən, qadadan!
Tanrı sizə yar olsun,
Ay ürəkdən sevənlər!
Şəhla Yaşar dir adım,
Qəlb evindən vurulub
Sevgi axtarıram mən?
Unutmayın heç zaman
Həyat gəldi gedərdi!
Bu üç günlük həyatda,
Ömürlərdə gödəkdir!
Tarix dərsi keçənlər
Unudulmasın gərək,
Ömrümüzə iz salıb,
Ömrə vəda edənlər!
Onlar Şəhid olublar,
Vətən eşqi yolunda!
Bu sevdadan əl çəkib
Tərki diyar olanlar,
Allah'ıma üz tutub,
Yazıram səhər axşam.
Tanrı sizi qorusun,
Pis vərdişdən qadadan!!
Sonsuz sevgilərin uçurumunda,
Durmuşdum, tək tənha, yetim kimsəsiz..
Bir qardaş var idi mənim yanımda
Minnəti boynumda, sevgisi təmiz...
22.12.2021 ci il Bakı şəhəri.
Sevgilərlə, Şəhla Yaşar qəlbdən yazar!


Günahım boynunda, sevərsən bəlkə...

Eh sənə nə var ki, söz diyarındır,
Nəğməsi yarımçıq qalan mən oldum,
Getdi işvələrim, getdi nazlarım,
Qurumuş səhraya dönən mən oldum!!!
Üşüyür qəlbimdə olan yerində,
Soyuq qış gecəsi yenə mən oldum.
Tənhalıq boğacaq səni də bir gün,
Sevsəmdə, sevgisiz qalan mən oldum!!!
Ömrümü yazmağa misralar yetməz,
Sevərək ayrılan yenə mən oldum!
Hər gecə yuxunda çəkərsən ərşə
Günahım boynunda, sevərsən səndə!!!
22.12.2021 ci il Bakı şəhəri.
Sevgilərlə, Şəhla Yaşar.
Var cəfası sevgimizin.

Sığal çəkər incə belə,
Çiçək düzər qara telə.
Bahar ətri qoxsa belə,
İnanma sən ay sevdiyim
Var cəfası sevgimizin...
Qəlbim səni duysa belə,
Xoş sözünə uysa belə,
Fitnə fəsad olsan belə,
İnanmağa sən də çalış,
Var cəfası sevgimizin...

Gəz sən Eli qarış-qarış,
Sevmir səni artıq-barış.
Ayrılıqla sən də barış!
İnanmağa səndə çalış,
Var cəfası sevgimizin...

Yollar yonca olsa belə,
Çələng hörsə qara zülfə,
Şəkər qatsa acı dilə,
İnanmağa sən də çalış,
Var cəfası sevgimizin...

Duysan nifrət dönüb selə,
Şəhla Yaşar ölsə belə.
Qara geyin, dinmə yenə,
İnanmağa sən də çalış,
Var səfası sevgimizin...

12. 12. 2021 Bakı şəhəri.
Sevgilərlə, sizin Şəhla Yaşar (Qəmbərova)
Qızıl Qələm media mükafatı laureatı Şəhla Yaşar Qızı Qəmbərova .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30