Hamilə arvadını bıçaqlayan şəxslə bağlı MƏLUMAT
Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Pərvin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il Nizami rayonu metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü İsmayılova Şəbnəm Elman qızı əri Pərvin Ağayev ilə mübahisə zamanı boğaz və döş qəfəsi nahiyələrindən bıçaq xəsarətləri alıb.
Ona üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Şəbnəm İsmayılovanın hamilə olduğu bildirilib.