Çexiyada ukraynalı qaçqınların xərcləri açıqlanıb
Çexiya ukraynalı qaçqınların yerləşdirilməsi üçün təxminən 2 milyard avro (50 milyard kron) xərcləməyi planlaşdırır. Bu barədə Çexiyanın maliyyə naziri Zbinek Stanyura açıqlama verib.
Nazirlik rəhbərinin sözlərinə görə, Çexiya Ukraynadan miqrasiya dalğasını tənzimləmək üçün maliyyə yardımı ilə bağlı Avropa Komissiyasına müraciət etməli olacaq. Onun sözlərinə görə, Aİ fondları hazırda ukraynalı qaçqınları təmin etmək üçün Çexiyaya kifayət qədər maliyyə ayırmır.
Stanyuranın sözlərinə görə, hazırda 325 min ukraynalı Çexiyaya gəlib. Bunlardan 270 mini Çexiya vizası alıb. Maliyyə naziri qeyd edib ki, bir çox ukraynalılar Çexiyanı tranzit ölkə kimi deyil, son yaşayış məntəqəsi kimi qəbul edirlər.
ČTK xəbər agentliyi