bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Finlandiya Rusiya neft və qazından imtina etmək qərarına gəlib

11-04-2022, 20:58 145 dəfə baxılıb

Finlandiya Rusiya neft və qazından imtina etmək qərarına gəlib
Finlandiya Rusiyanın təbii qazı və neftindən tez bir zamanda imtina etməyə hazırdır. Bu barədə Baş nazir Sanna Marin YLE telekanalına müsahibəsində bildirib.

“Biz illərdən deyil, həftələrdən və ya aylardan danışırıq. Bu imtina tez bir zamanda baş tutmalıdır”, – deyə o qeyd edib.

Marin əlavə edib ki, bütün Avropa ölkələrinin heç də hamısı, Finlandiyanın etdiyi kimi, Rusiya yanacağından tez zamanda imtina edə bilməz. Bu səbəbdən də Baş nazir hesab edir ki, bu yöndə ümumavropa həll variantlarının axtarılması önəmlidir.

Onun sözlərinə görə, söhbət birgə maliyyələşdirmədən deyil, Almaniyaya, məsələn, alternativ enerji mənbələrinin tapılmasına necə kömək etməkdən gedir. Finlandiya Rusiyanın enerji resurslarından istifadə etməməyə qərar verən növbəti ölkə oldu. Məsələn, Litva Rusiyadan təbii qaz ixracından tamamilə imtina edib.

Mənbə: Lenta.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30