Mixail Podolyak: “Kiyevin üç günə işğal olunacağını dedilər”
“Gəlin dürüst olaq. Bütün dünya bilirdi ki, Rusiya aylardır müharibə planlaşdırır. Biz silah, sanksiyalar istəyəndə bizə təxliyə və “Zoom-hökumət” təklif etdilər. Biz Rusiya ilə əlaqələri dayandırmağı tələb edəndə, Kiyevin üç günə işğal olunacağını dedilər”.
Bu fikirləri öz “Twitter” səhifəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak yazıb.
Mixail Podolyak bildirib ki, gələcək üçün məsuliyyət götürmək və Rusiya neft-qazından imtina etmək vaxtıdır.
“Putin öz təhlilində qismən haqlı idi. Bəzi siyasətçilər o vaxt artıq Ukraynanı təslim etmək qərarına gəlmişdilər. Onlar “ciddi narahatlıq” ifadə etməyə, psevdo-sanksiya tətbiq etməyə hazır idilər. Ancaq bir şəxs imtina etməyə razı olmadı: Prezident Zelenski və Ukrayna xalqı”, - Mixail Podolyak vurğulayıb.