bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ekspert: “Əhaliyə kütləvi şəkildə ev verilməsi nəzərdə tutulur deyə düşünmək absurddur”

13-04-2022, 18:40 82 dəfə baxılıb

Ekspert: “Əhaliyə kütləvi şəkildə ev verilməsi nəzərdə tutulur deyə düşünmək absurddur”
Azərbaycan Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının mətbuatda bəzi ekspertlər tərəfindən yanlış şərh edilməsi insanlar arasında çaşqınlıq yaradıb.

Lent.az xəbər verir ki, vətəndaşlarda belə bir fikir formalaşıb ki, bu sərəncamla bütün evsizlərə ev veriləcək. Hətta sosial şəbəkələrdə vətəndaşlar “Şad xəbər! Hər kəsə ev verilir”, “İcra hakimiyyətlərinə müraciət edin, ev alın”, “Siyahıya düşməyə tələsin”, “Evsizlərə ev verilir” kimi paylaşımlar edirlər.

Məhz buna görə də artıq bəzi insanlar yaşadıqları rayonlar üzrə icra hakimiyyətlərinə kütləvi şəkildə müraciət etməyə başlayıblar.

Əslində bu sərəncamın əsl məğzi nədən ibarətdir?

Lent.az məsələni aydınlaşdırmaq üçün hüquqşünas Şamil Paşayevə müraciət edib.

O bildirib ki, ölkə başçısının məlum sərəncamı bəzi şəxslər tərəfindən yanlış şərh edildiyi üçün insanlar arasında çaşqıınlıq yaranıb:

“Hamıda yaşayış sahəsinə ehtiyacı olan şəxslərə ev verilməsi barədə fikirlər formalaşıb. Bu fikirlər tamamilə əsassızdır, belə bir şey yoxdur. Adından göründüyü kimi bu sərəncam korrupsiya məsələləri ilə bağlıdır və işləri şəffaflaşdırmaq məqsədi daşıyır. Bu sərəncamda əhaliyə kütləvi şəkildə ev verilməsi nəzərdə tutulur deyə düşünmək absurddur”.

Şamil Paşayev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.9-cu bəndi belə şərh edir:

“Həmin fəaliyyət planının 2.9-cu bəndində qeyd olunub ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc edilsin və aktuallığı daim təmin etsinlər. Bu prosesə də icra hakimiyyətlərində baxılır.

Bu məsələni belə izah edim... Məsələn, şəhid ailələri, əlillər, qaçqın və məcburi köçkünlər, müxtəlif dövlət qurumunda işləyib mənzil növbəsinə duran şəxslər var ki, onlar müəyyən müddətdən sonra mənzilə sahib olmaq ixtiyarındadırlar. Onlar da mənzilə sahib olmaq üçün yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmalıdırlar. Bu uçotun aparılması isə çoxdankı qaydadır. Məsələn, Mənzil Məcəlləsinin 51.3-cü maddəsində qeyd olunub ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Yəni uçota alınma sənədini icra hakimiyyəti və bələdiyyələrə təqdim etməlidirlər. Sosial kirayə müqaviləsinə əsasən isə, yaşayış sahələri yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınmış vətəndaşlara şamil edilir. Və bu uçota durma məsələsində yeni qayda korrupsiyanın qarşısını almaq məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930