Azərbaycanda nikahların sayı ARTDI
Bu il Azərbaycanda qeydə alınan nikahların sayı artıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9 606 nikah və 2 505 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.