bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ölmüş insanın ruhu qəbirstanlıqda kameraya düşdü — FOTOLAR

8-05-2019, 12:40 208 dəfə baxılıb

Ölmüş insanın ruhu qəbirstanlıqda kameraya düşdü — FOTOLAR



ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində anomal hadisə qeydə alınıb.

Beş.az "Ölkə.Az"a istinadən xəbər verir ki, adının anonim qalmasını rica edən şəhər sakini qeyri-adi video çarxı internetə yükləyib.

Onun sözlərinə əsasən, səhər tezdən işə gedəndə adəti üzrə Bakster-Avenyu 641 ünvanındakı qəbirstanlıqdan keçirmiş. Ərazidə 1844-cü ildə inşa edilən iki kilsə və 16 min qəbir olan qəbirstanlıq var. Deyilənlərə görə, axşam saatlarında burada ruhlar və kabuslar dolaşır.

Səhər ərazidən keçən şəxs küçədə sirli dumanın olduğunu görür. Bu səbəbdən də o, gördüyü görüntünü mobil telefonun yaddaşına köçürmək qərarına gəlir. Bu zaman onu qeyri-adi kəşf gözlədiyindən xəbərsiz idi. Hadisədən bir neçə gün sonra kadrlara baxan şəxs dumanın içində insan fiqurunu müşahidə edir. Fotonun müəllifi iddia edir ki, kadrları çəkəndə orada heç kəs olmayıb. Kadrdakı şəxs isə köhnə dəbə uyğun paltarda olub.
İnternet istifadəçiləri kadrları diqqətlə incələyib müəmmalı fiqurun kabus olduğunu yazıblar

Ölmüş insanın ruhu qəbirstanlıqda kameraya düşdü — FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30