bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ, Britaniya və Kanada nümayəndələri rusiyalı nazirin çıxışı zamanı G20 iclasını tərk edib

21-04-2022, 10:31 43 dəfə baxılıb

ABŞ, Britaniya və Kanada nümayəndələri rusiyalı nazirin çıxışı zamanı G20 iclasını tərk edib


ABŞ, Britaniya və Kanada nümayəndələri Rusiyanın maliyyə naziri Anton Siluanovun çıxışı zamanı G20 iclasını tərk edib.


Bu barədə Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak "Twitter”də yazıb.

"Vaşinqtonda keçirilən G20-nin bugünkü iclasındı Rusiya təmsilçisi çıxış edərkən bizim nümayəndələr amerikalı və kanadalı həmkarlarla birlikdə tədbiri tərk ediblər. Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə həmrəyik və Rusiyanı cəzalandırmaq üçün beynəlxalq koordinasiyanın artırılmasında israr edəcəyik”, - nazir bildirib.

Qeyd edək ki, "The Washington Post” da məsələ ilə yaxından tanış olan şəxslərə istinadən yazıb ki, Rusiyanın maliyyə naziri Anton Siluanovun videokanfrans vasitəsilə çıxışı başlayarkən ABŞ-ın maliyyə naziri Janet Yellen də daxil olmaqla, bir sıra ölkələrin rəsmiləri Vaşinqtonda keçirilən G20 iclasını tərk edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031