ABŞ Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya yönəldə bilər
ABŞ Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya yardım üçün göndərilməsi imkanlarını araşdırır.
Bunu cümə axşamı keçirdiyi mətbuat konfransında ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
O, bunun üçün müvafiq qanunvericiliyin olmadığına da diqqət çəkib.
“Mənə aydın deyil ki, həmin aktivlərdən istifadəyə icazə verən müvafiq qanunvericilik olmadan bunu etmək olar, ya yox”, - deyə nazir qeyd edib.
Yellenin sözlərinə görə, bu addımın amerikalılar üçün nəticələrini hərtərəfli şəkildə ölçüb-biçmək lazımdır.
Mənbə: TASS