bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Olimpiya medalçımız mükafatlandırma mərasiminə üzünə Ukrayna bayrağını çəkdirərək qatılıb - FOTO

25-04-2022, 16:31 65 dəfə baxılıb

Olimpiya medalçımız mükafatlandırma mərasiminə üzünə Ukrayna bayrağını çəkdirərək qatılıb - FOTO
Azərbaycan karateçiləri 22-24 aprel tarixlərində Portuqaliyanın Matuzinyuş şəhərində Karate1 Premyer Liqa turnirini iki medalla başa vurublar.

Oxu.Az xəbər verir ki, mükafatların hər ikisi gümüşdür.


Fərid Ağayev (-75 kq) və İrina Zaretskaya (-68 kq) finalda qızıl medalları əldən veriblər. Olimpiya mükafatçısı, dünya və Avropa çempionu İrina mükafatlandırma mərasiminə üzünə Ukrayna bayrağını çəkdirərək qatılıb.

Tural Ağalarzadə (-67 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşündə mükafatsız qalıblar. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.

Portuqaliyada mövsümün ikinci Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edib. Qarşıda karateçilərimizi mayda Mərakeşin paytaxtı Rabatda nüfuzlu turnirin növbəti mərhələsi gözləyir.

Turnir ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinosla görüşərək, sentyabrda Bakıda Karate1 Premyer Liqa turnirinin dördüncü mərhələsinə hazırlıq işlərini müzakirə edib. Y.Bəşirov həmçinin idmançıların mükafatlandırma mərasimində iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30