Podolyak: “Rusiya Dnestryanı bölgəsində sabitliyi pozmaq istəyir” - FOTO
“Rusiya Dnestryanı bölgəsində sabitliyi pozmaq istəyir və Moldovanın “qonaqları” gözləməli olduğuna eyham vurur”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak özünün “Twitter”hesabında Dnestryanı hadisələrini şərh edərkən bildirib.
“Pis xəbər odur ki, sabah Ukrayna süqut edərsə, Rusiya qoşunları Kişinyovun darvazasını döyəcək. Yaxşı xəbər odur ki, Ukrayna mütləq bölgənin strateji təhlükəsizliyini təmin edəcək. Amma komanda şəklində işləməyimiz lazımdır”, - deyə müşavir vurğulayıb.